"Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir"
08.02.2021
"Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir".
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan bildirib. O qeyd edib ki, Paşinyan hakimiyyəti seçkilər mövzusu ətrafında ajiotaj yaradaraq əsas problemlərdən diqqəti yayındırır.
"Erkən seçkilər məsələsi ilə ölkənin taleyüklü problemləri ikinci plana atılır. Paşinyanın baş nazirliyi ilə Ermənistan hakimiyyəti xalqı manipulyasiya edir. İndi də növbədənkənar parlament seçkilərinin olmayacağını deyirlər", - deyə Marukyan bəyan edib.