Britaniyalı nazir Sahibə Qafarova ilə görüşdü
08.02.2021
Azərbaycanda səfərdə olan Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton bu gün Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşüb.
DM xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün "Twitter” hesabında yazıb.
Səfir qeyd edib ki, İstanbul Konvensiyasının imzalanması qadınları məişət zorakılığından qorumağa kömək edəcək.