Generallar ehtiyata buraxıldı
08.02.2021
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
DM-in məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.