Paşinyan yeni nazirlik yaradır
08.02.2021
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin daxilində struktur dəyişiklikləri həyata keçirməklə bağlı qərar verib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanda Daxili İşlər Nazirliyi yaradılıb. İndiyə qədər bu qurumun səlahiyyətlərini Ermənistan Dövlət Polisi həyata keçirib.
Ermənistan mətbuatında Paşinyanın bu qərarının səbəbləri barədə müxtəlif versiyalar irəli sürülür.