03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İran XİN-dən AÇIQLAMA

08.02.2021

 "Qarşı tərəfin bütün öhdəliklərini yerinə yetirəcəyini gözləyirik. Biz nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planına sadiqik”.  

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib. 

Fransa Prezidenti Emmanuel Makronun İranla ABŞ arasında vasitəçilik təklifinə münasibət bildirən XİN rəsmisi qeyd edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planında vasitəçiyə ehtiyac yoxdur.

S. Xətibzadə İran parlamentinin təsdiqlədiyi qanuna əsasən fevral ayının 21-dən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə obyektlərinə girişinin məhdudlaşdırılmasına da münasibət bildirib. O qeyd edib ki, İran əlavə protokolu könüllü şəkildə icra edib: "Nüvə obyektlərinə təhlükəsizlik tədbirlərindən kənar bəzi girişlər HBFP-nin icrasına uyğun aparılırdı. İranın məhdudlaşdırıcı addımları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə bildirilib. Əgər qarşı tərəf öz öhdəliyinə qayıtsa, biz də öz öhdəliyimizi yerinə yetirəcəyik”.