Muharrem İnce CHP-dən istefa verəcək
08.02.2021
Türkiyə prezidentliyinə keçmiş namizəd, müxalif siyasətçi Muharrem İnce Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini açıqlayıb.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, İnce yeni siyasi təşkilat qurmağı planlaşdırır.
"CHP-dən istefa verəcəyəm. Bu gün istefa verəcəyəm. Səbəbi barədə bu həftə geniş mətnlə açıqlama yayacağam", - deyə siyasətçi bəyan edib.