Qırğızıstan prezidentindən QADAĞA
08.02.2021
Qırğızıstanın yeni prezidenti Sadır Japarov ökumət üzvlərinə və dövlət qurumlarının əməkdaşlarına kabinetlərinə portretini asmamağı tapşırıb.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
"Sadır Japarov hesab edir ki, hələlik vətəndaşların həyat şəraitində keyfiyyət dəyişiklikləri ehtiva edən heç nə etməyib. Ona görə də onun portretlərinin dövlət idarələrində asılmasını məqbul saymır", - deyə açıqlamada qeyd olunub.