Nişanlanan azyaşlı qızın qohumu danışdı
08.02.2021
Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində azyaşlı qıza nişan mərasimi keçirilib.
Məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu açıqlama verib.
O, qeyd edib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:
"Qızın 11 yox 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər. Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar".