İmamoğlunun bu çıxışı gündəm oldu
08.02.2021
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu jurnalistlərlə görüşərək yeni layihələri haqqında məlumat verib.
DM xəbər verir ki, görüş zamanı İmamoğlu 2023-cü ildə keçiriləcək Prezident seçkiləri ilə bağlı siqnal verib.
Belə ki, "Hızray" layihəsini izah edən İmamoğluya, jurnalistlər "Prezident təsdiq etməyəcəyini ..." xatırladıb. Bu zaman başçı, "Prezidentimizi dəyişdirərik" deyə gülümsəyib. Daha sonra "Əlbəttə 2023-cü ildə ...",- deyə cavablandırıb.
Həçinin də, layihə təqdimatı zamanı İmamoğlu, "2023-cü ildən sonra heç bir problemimiz olmayacaq. Bəlli zamandan sonra biz idarə edəcik. Məqsədim 2023-cü ilə qədər bəzi layihələri həyata keçirməkdir",- deyə ifadə edib.
Başçının bu çıxışı Türkiyə mətbuatında gündəm yaradıb.