21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qripə qarşı əhəmiyyətli təsir vasitəsi

27.01.2018

Tədqiqatlar göstərir ki, yuxu çatışmazlığı qrip əleyhinə vaksinin effektini azalda və sağlamlıqla bağlı problem yarada bilər.
"MedDaily” saytı xəbər verir ki, ABŞ alimlərinin araşdırmalarına görə, 6-13 yaşlı uşaqların sutkada 9-11 saat, yeniyetmələrin 8-10 saat, yaşı 18-dən yuxarı olanların 7-9 saat yatmaları tövsiyə olunur. Normal yatmaq insanın immun sistemini möhkəmləndirir. Məsələn, T hüceyrələrinin regenerasiyası baş verir, infeksiya və ya iltihab zamanı çoxalan sitokinlər xaric edilir. Hələ 2012-ci ildə müəyyən olunub ki, doyunca yatmamaq immunitetə stress kimi mənfi təsir göstərir. Qrip əleyhinə peyvənd vurulmuş insan yaxşı yatmırsa, onun orqanizmində başqalarından fərqli olaraq 50 faiz az antitel hasil olunacaq.