Ceyhun Bayramov və Hikmət Hacıyev azad olunmuş ərazilərə gedirlər
06.02.2021
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birgə işğaldan azad olunmuş bölgələrə səfər edirlər.
DM xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter" səhifəsində paylaşım edib.
"Prezident İlham Əliyevin tapşırığı əsasında xarici işlər naziri ilə birgə diplomatik korpusla - səfirlər, hərbi attaşelər və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yoldayıq", - deyə paylaşımda qeyd olunub.