AB təmsilçisinin AÇIQLAMASI
05.02.2021
Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula Vonder Leyen COVID-19-a qarşı vaksin tədarükündəki problemləri nəzərə almadıqlarını bildirib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, U.V.Leyen bir neçə mətbuat orqanına birlikdə verdiyi müsahibədə bu barədə danışıb.
"Vaksinasiyanın başlaması vaksin dozalarının qüsursuz şəkildə tədarükü anlamına gəlmir. Biz bunu nəzərə almamışıq. Acı bir şəkildə öyrənmiş olduq. Hazırda problemləri aradan qaldırırıq", - deyə AB Komissiyasının sədri bəyan edib.