İspaniya Kral Kubokunun püşkü atılıb
05.02.2021
İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
Bu gün keçirilən püşkatmadan sonra cütlüklər müəyyənləşib.
Ötən il karyerasını başa vuran Aritz Aduritzin çəkdiyi püşkün nəticəsinə görə, "Sevilya” "Barselona” ilə, "Atletik” isə "Levante” ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları fevralın 10-da, cavab görüşləri isə martın 3-də keçiriləcək. Birinci matçlar Sevilya və Bilbaoda olacaq.
Qeyd edək ki, İspaniya Kral Kubokunda ötən mövsümün "Real Sosyedad” – "Atletik” finalı koronavirus pandemiyası səbəbindən bu il aprelin 3-nə təxirə salınıb.