Navalnı niyə etirazları təxirə saldı?
05.02.2021
Etiraz potensialını boş yerə sərf etmək olmaz, buna görə də Navalnının komandası mitinqləri dayandırmaq qərarı qəbul edib.
DM xəbər verir ki, bunu "Rosbalt” agentliyinə müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin Siyasi psixologiya kafedrasının dosenti Aleksandr Konfisaxor deyib.
"Məncə, müxalifət güc toplayır. Bizim müşahidə etdiyimiz etirazlar zamanı küçələrə çıxmaq üçün aydın və konkret bəhanələr var idi. İndi belə bəhanələr yoxdur. Bu, bəzilərinin düşündüyü kimi, geri çəkilmə yox, məntiqli qərardır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Navalnının qərargahının seçkilərə hazırlaşmaq üçün zamanı olacaq:
"Etiraz potensialını boşa xərcləmək olmaz. Qarşıda seçkilər var. Bəziləri düşünür ki, mitinqə çıxmaq lazımdır. Lakin Belarus və Xabarovsk hər istirahət günü etiraz edirdi, amma ciddi siyasi irəliləyişlər görmürdük”.
Qeyd edək ki, Navalnının tərəfdarları etiraz aksiyalarını yaza qədər təxirə saldıqlarını bildiriblər.