Misir "Al Jazeera"nin müxbirini azadlığa buraxdı
05.02.2021
2016-cı ildə Misirdə məhkəmənin hökmü olmadan həbs olunan "Al Jazeera" müxbiri azadlığa buraxılıb.
DM "Anadolu"ya istinadən xəbər verir ki, Qətər mərkəzli "Al Jazeera" agentliyinin müxbiri Mahmud Hüseyn Misir məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
4 il məhbus həyatı yaşayan jurnalist "yasaqlanmış təşkilata üzv olmaq, yalan xəbərlər yaymaq, sabitliyi pozmaq"da ittiham olunurdu.