Avrasiya İttifaqının növbəti toplantısı Rusiyada keçiriləcək
05.02.2021
Avrasiya İttifaqının Qazaxıstanda keçirilən zirvə toplantısında növbəti toplantının keçiriləcəyi ölkə və tarix bəlli olub.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, təşkilatın növbəti toplantısı 23 aprel tarixində Rusiyada keçiriləcək. Bu barədə yekun qərar verilib.
Qeyd edək ki, Avrasiya İttifaqının üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstandır. Həmçinin Özbəkistan, Moldova və Kuba müşahidəçi statusa malik üzv ölkələrdir.