“Azadlıq” radiosuna yeni rəhbər gətirildi
05.02.2021
"Azad Avropa radiosu/Azadlıq radiosu” Direktorlar Şurası mediakorporasiyaya Ceymi Flayı prezident və baş icraçı direktor təyin edib.
DM xəbər verir ki, Flay vəzifəsinin icrasına fevralın 16-da başlayacaq. Bu, Flayın media korporasiyanın rəhbərliyinə ikinci qayıdışıdır.
Qeyd edək ki, Flay "Azadlıq” radiosuna 2019-cu ilin avqustunda rəhbər təyin edilib. 2020-ci ilin iyununda o, istefaya gedib.
Flay xarici siyasət üzrə mütəxəssisdir, Marşal Fondunda, ABŞ Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında (Buş dövründə) müxtəlif vəzifələrdə çalışıb. O, transatlantik münasibətlər, ABŞ xarici siyasəti, böyük güclərin Rusiya və Çinlə rəqabəti, demokratiya və insan haqları məsələlərini tədqiq edib.