03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyan XİN rəhbəri Ayvazyanı istefaya göndərmək istəyir

05.02.2021

 Erməni mətbuatının yazdığına görəi, baş nazir Nikol Paşinyan xarici işlər naziri Ara Ayvazyanı "verilən vəzifələrin öhdəsindən gələ bilmədiyi üçün" istefaya göndərmək istəyir.

DM "Qraparak" qəzetinə istinadən xəbər verir ki, Paşinyan xarici işlər naziri Ara Ayvazyanın işindən narazıdır. Qəzetin yazdığına görə, Ayvazyan vəzifəsindən azad edilə bilər və ya özü istefa ərizəsini yazmalıdı.

"Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskva səfəri zamanı Türkiyə ilə bağlı açıqlamalarını bəyənməyib. XİN rəhbəri Yerevana döndükdən sonra onların arasında sərt bir söhbət olub və Paşinyan Ayvazyana öz iradlarını bildirib", - nəşr yazır.

Qeyd edək ki, ötən il dekabrın 7-də Moskva səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla danışıqların ardından keçirilən brifinqdə jurnalistin Ankara-Yerevan münasibətlərinin normallaşması ilə bağlı sualını cavablandıran Ayvazyan "1915-ci il hadisələrini xatırladaraq Türkiyəni aqressiv siyasət yürütməkdə ittiham edib və rəsmi Ankaranı II Qarabağ Müharibəsindəki roluna görə tənqid edib".