Super Liqada yeni TRANSFER
17.07.2018
Türkiyənin "Ankaragücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Dövran Media" xəbər verir ki, Super Liqa təmsilçisi İsveçin "Hakken" klubunda forma geyinən hücumçu Mustafa Əl Kabiri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, 29 yaşlı mərakeşli futbolçu əvvəllər də Türkiyədə çıxış edib. O, 2015/16 mövsümündə "Gənclərbirliyi"ndə, 2017-ci ildə isə "Antalyaspor"da forma geyinib.
Elitaya yeni çıxan "Ankaragücü" Əl Kabirdən öncə "Sivasspor"un konqolu yarımmüdafiəçi Tyevi Biffumanı, "Bursaspor"dan fransalı yarımmüdafiəçi Rikardo Fatini, "Osmanlıspor"dan isə portuqaliyalı vinget Tyaqo Pintonu transfer etmişdi.