Baydenin Rusiya AÇIQLAMASI
05.02.2021
ABŞ Prezidenti Joe Bayden, Trump dövrünə toxunaraq, "Rusiyanın təcavüzkar hərəkətləri qarşısında ABŞ-ın təslim olduğu günlərin bitdiyini" söylədi.
DM "SABAH HABER"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Joe Bayden, bu gün Dövlət Departamentinə ilk səfərindən sonra ABŞ-ın xarici siyasəti ilə əlaqədar əhəmiyyətli açıqlamalar verdi.
Bayden "ABŞ artıq Rusiyanın təcavüzkar hərəkətlərinə boyun əyməyəcək" dedi.
Bayden, bunu telefonla görüşdüyü Rusiya Prezidenti Vladimir Putinə də çatdırdığını bildirdi.