Vüqar Süleymanov kollektivə təqdim olundu
05.02.2021
Fevralın 4-də Minatəmizləməyə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.
ANAMA-dan bildirilib ki, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Qeyd edək ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.