23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Köçəryan hakimiyyət uğrunda səfərə çıxdı

05.02.2021

Köçəryanın Moskvaya səfəri onun yenidən Ermənistanda hakimiyyətə gəlmək arzusundan xəbər verir. Məsələ ondadır ki, Köçəryana hazırda Kremlin dəstəyi çox lazımdır. Xüsusilə də səfər zamanı Moskvanın rəyi onun hakimiyyət uğrunda mübarizəyə başlayıb-başlamayacağı sualına aydınlıq gətirəcək.

Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanın eks-prezidenti Robert Köçəryanın Moskvaya səfər etməsinin pərdəarxası məqamlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Kreml üçün Robert Köçəryanın müəyyən dəyəri var:

"Ən azı ona görə ki, Ermənistanın daxili siyasətinə Köçəryanın təsir imkanları var. Eyni zamanda Rusiyadakı erməni diasporu ilə sabiq prezidentin ciddi münasibətləri qalmaqdadır. Bu mənada rəsmi Moskva Köçəryan ilə münasibətlərini kəsmək istəmir. Digər tərəfdən, Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi dostluq da mövcuddur. Bu nüans da diqqətdən yayınmamalıdır.

Son günlər Ermənistan daxili siyasəti həm gərgin, həm də hərəkətlidir. Xüsusilə müxalif partiya liderlərinin aktivliyi hakimiyyətə kim gələcək suallarının yenidən səslənməsinə səbəb olub. Belə bir vəziyyətdə Köçəryan da özünü yoxlamaq istəyir. Onun hakimiyyəti dövründə istər siyasi şərait, istər dövrün reallıqları tam fərqli idi. Bu mənada görünür Köçəryan nələrsə edə biləcəyini düşünür”.