Moskva-Bakı reysi ilə kimlər gələ bilər?
04.02.2021
AZAL Bakı- Moskva- Bakı reysi ilə Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
DM xəbər verir ki, şirkətin açıqlamasında Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslərin ölkəmizə buraxıla biləcəyi açıqlanıb:
- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri "Domodedovo” hava limanına yerinə yetiriləcək.