Ermənistanda aksiyası keçirildi
04.02.2021
Ermənistanda müxalif Daşnaksütun Partiyası hökumət binası önündə aksiya keçirib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, partiyanın gənclər qolunun keçirdiyi etiraz aksiyasında əsas tələb baş nazir Nikol Paşinyanın istefası olub.
Hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndirilib. Əraziyə təhlükəsizlik qüvvələri yeridilib. Saxlanılanların olduğu deyilir.