"Davam" Gənclər Hərəkatı #ŞəhidimİZ həştəqi ilə sosial media kampaniyası başlatdı
04.02.2021
2-3 fevral tarixlərində "Davam" Gənclər Hərəkatı tərəfindən "Twitter" sosial şəbəkəsi üzərində həyata keçirilən kampaniya çərçivəsində 150-dən çox gəncin iştirakı ilə 10000-ə yaxın paylaşım edilib. #ŞəhidimİZ heşteqi ilə edilən bu paylaşımlarda şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında məlumatlar qeyd olunub.
İlin ən qürur duyulası gənclərini - şəhidlərimizi tanımaq və tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Bütöv #VətənimİZ naminə həyatlarını yarım qoyan hər bir #ŞəhidimİZ bizim üçün əziz, müqəddəsdir. Kampaniyanın əsas məqsədi də Vətən uğrunda canlarını qurban verərək əbədiləşən şəhidlərimizi tanımaq və onları gənclər arasında da tanıtmaqdır.