Ankara Londonla yaxınlaşır
04.02.2021
Ankara və Londonun yaxınlaşması Afinanı narahat etməyə başlayıb.
DM xəbər verir ki, bu barədə Yunanıstanın ANA agentliyində məqalə dərc edilib.
Agentlik yazır ki, Afina İngiltərənin Kipr və Şərqi Aralıq məsələsində Türkiyə mövqeyinə yaxın siyasət izləməsindən qorxur.
"Ta Nea” qəzeti isə Breksitdən sonra İngiltərənin Avropadan uzaqlaşıb Türkiyəyə daha da yaxınlaşmaq təhlükəsi olduğunu yazıb:
"Hədəfimiz bunun qarşısını almaqdır. İngiltərəni Türkiyəyə hədiyyə etməməliyik”.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Dominik Raabla Kipr məsələsini müzakirə edib.