Koreyanın “Canavar” döyüş təyyarəsi
04.02.2021
Cənubi Koreya Müdafiə Tədarük Proqramı Agentliyi KF-X prototipinin aprel ayının sonunda təqdim ediləcəyini açıqlayıb.
DM xəbər verir ki, Cənubi Koreyanın hazırladığı döyüş təyyarəsinin prototipi montajın son mərhələsindədir.
Ölkə 2015-ci ildən bəri ən müasir döyüş təyyarəsi hazırlamaq üçün KF-X layihəsi üzərində işləyir.
2028-ci ilə qədər 40 belə təyyarənin orduya verilməsi nəzərdə tutulur.
Sözügedən layihənin dəyəri 7,3 milyard dollardır.