Bu şəxs İtaliyanın yeni baş naziri oldu
03.02.2021
İtaliyanın yeni baş nazirinin kimliyi bəlli olub.
DM xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın yeni hökumət başçısı Mario Draqi olub. İtaliya prezidenti Serqio Mattarella yeni hökuməti qurmağı ona həvalə edib.
M.Draqi Avropa Mərkəzi Bankının keçmiş rəhbərlərindəndir, məşhur iqtisadçıdır.