Azərbaycan və Gürcüstan arasında müqavilə müzakirəsi olunub
03.02.2021
Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tanışlıq məqsədi ilə keçirilən görüş zamanı İrakli Qaribaşvili azərbaycanlı diplomatı səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Görüşdə Gürcüstan və Azərbaycan arasındakı dostluq və strateji münasibətlər müzakirə olunub. Tərəflər həmçinin hər iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikasını müzakirə edib. Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanması və hərbi təhsil sahəsindəki əlaqələrin əhəmiyyəti də müzakirə edilib. Görüşün sonunda Müdafiə naziri azərbaycanlı həmkarını Tbilisidə qonaq edəcəyinə ümid etdiyini bildirib.