21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan Türkiyə sıralamasında ilk onluqda

03.02.2021

2002-ci ildən 2020-ci ilə qədər Türkiyə iqtisadiyyatına birbaşa sərmayə yatırımına görə Azərbaycan ilk on ölkə sırasındadır.

DM xəbər verir ki, bu barədə "Anadolu" agentliyinin araşdırmasında deyilir.

Araşdırmaya görə, göstərilən dövrdə Türkiyə iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi 165 milyard dollar təşkil edib ki, bunun da 62,4% -i xidmət sektorunun, 32,9% -i maliyyə və sığorta, 24,2% -i istehsal, 11% -i - enerji sektorunun payına düşüb.

Türkiyə iqtisadiyyatına investisiya yatıran ölkələrin ilk üçlüyünə Niderland, ABŞ və İngiltərə daxildir.

Avropa İttifaqı ölkələri üumilikdə Türkiyə iqtisadiyyatına 110,4 milyard dollar, Asiya ölkələri isə 29,1 milyard dollar həcmində birbaşa investisiya qoydular.

Azərbaycan isə ilk onluqda 10-cu yerdə qərarlaşıb.