Ermənistan müxalifəti yenidən mitinq təyin etdi
03.02.2021
Ermənistan müxalifəti növbəti mitinqi fevralın 20-nə təyin edib.
DM xəbər verir ki, bu barədə "Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.
O, aksiyanın İrəvanda keçiriləcəyini və baş nazir Nikol Paşinyanın istefasının gündəmdə olduğunu söyləyib.
"Vətən” partiyasının mətbuat katibi Sos Akopyan isə deyib ki, küçə mübarizəsini aktivləşdirmək barədə qərar verilib, hakimiyyətlə istənilən əməkdaşlıq istisna olunur.