Novruzovun maraqlı açıqlaması
03.02.2021
"Korrupsiya və rüşvətxorluq iki tərəfli olur. Rüşvəti verməsən, alan kimdir ki?”.
DM xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat TV-də deyib.
S.Novruzov bildirib ki, korrupsiya və rüşvətxorluğun kökləri qədim dövrlərə gedib çıxır: "Sosial təminat sahəsində korrupsiya olub. Xatırlayırsınızsa, Məhəmməd Füzuliyə 9 axçalıq prezident təqaüdü təyin edilmişdi, ala bilmədi. Şikayətə getsə də, ala bilməyib. Deyir, salam verdim, rüşvət deyildir deyə almadılar. Yəni bu bütün dövrlərdə olub”.