"ABŞ anlaşmaq istəməsə, özləri bilər" - Ruhani
03.02.2021
İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramı və ABŞ-la nüvə razılaşmaları haqqında danışıb.
DM xarici KİV-ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani Tehranda hökumətin toplantısında daxili və xarici siyasət məsələlərini dəyərləndirib.
O qeyd edib ki, İran öz nüvə proqramını dəyişiklik etmədən tam həcmdə həyata keçirməlidir.
"Nüvə razılaşmasına gəlsək, razılığa geri dönsələr, məmnuniyyətlə qarşılayarıq. Amma ABŞ anlaşmaq istəməsə, özləri bilər", - deyə Ruhani bəyan edib.