Prezidentin Şuşa səfəri Paşinyana daha bir zərbə vurdu
03.02.2021
Prezident İlham Əliyevin Şuşaya səfəri Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən müxalifətin hədəfinə gətirib.
DM erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin iclasında "İşıqlı Ermənistan” partiyasının deputatı Taron Simonyan İlham Əliyevin Şuşa səfərindən danışarkən Paşinyanı sərt tənqid edib. O, Baş nazirin müharibədən sonra Xankəndinə səfər etməməkdə qınayıb.
"Azərbaycan Prezidenti Şuşa gələ bildi, amma bizim Baş nazir Stepanakerti (Xankəndi) ziyarət etməyib. Ora səfər etməkdən qaçır. Ötən 3 ayda Ermənistan hökumətinin dəstəyi ilə bircə ev belə tikilməyib”, - deyə Simonyan bildirib.