21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ konqresindən Bakıya “qadağa” tələbi

03.02.2021

 ABŞ Nümayəndələr Palatasının erməniyönlü konqresmenləri Ceki Şpeyer və Adam Şif ABŞ Prezidenti Cozef Baydenə müraciət ediblər.

DM xəbər verir ki, onlar Baydendən Qarabağla bağlı Amerikanın səssizliyi pozmasını və Azərbaycana hərbi yardımı dayandırmasını istəyiblər.

Konqresmenlər II Qarabağ savaşı dövründə ABŞ-ın savaşın dayandırılması ilə bağlı əsas rolunu digərlərinə güzəştə getdiyini bildiriblər. Qeyd ediblər ki, ABŞ ATƏT-in Minsk Qrupunda aktivləşməli, Azərbaycandakı "erməni əsirləri” azadlığını və Qarabağdakı bütün xristian abidələrinin qorunmasını bakıdan tələb etməlidir.

Şpeyer və Şif, həmçinin 2019-cu ildə "erməni soyqırımı”ilə bağlı qətnamənin Nümayəndələr Palatasında böyük çoxluqla qəbul edildiyini xatırladaraq, Türkiyəni cəzalandırmaq, eləcə də insan haqlarını dəstəkləmək üçün "erməni soyqrımı”nın tanınmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Şpeyer və Şif hər ikisi ABŞ-dakı erməni lobbisinin ən aktiv üzvləridir. Onlar dəfələrlə ABŞ Konqresində Azərbaycanın əleyhinə müxtəlif qanun layihələri ilə çıxış ediblər.