Yerevanda aksiyalar davam edir
03.02.2021
Yerevanda Ermənistan parlamenti qarşısında davam edən etiraz aksiyasında 10-a yaxın şəxs polis tərəfindən saxlanılıb.
Erməni KİV-inin məlumatına görə, etirazçılar "Satqın Nikol", "Satqın polis" şüarları səsləndirib.
Son məlumatlara əsasən, polis 8 nəfəri bölməyə aparıb.
Eyni zamanda etirazçıların Yerevanın mərkəzindəki Respublika meydanına yürüş etdiyi deyilir.