Ukraynada Zelenskiyə qarşı impiçment proseduruna başlanır
03.02.2021
Ukraynanın "Müxalif platforması-Həyat uğrunda” partiyası bır sıra telekanalların bağlanması qərarından sonra Prezident Vladimir Zelenskiyə qarşı impiçment proseduruna başlayır.
DM-in xəbərinə görə, bunu Ali Radanın deputatı Vadim Rabinoviç parlamentin tribunasından bildirib.
"Bu gün siz demokratiyanın və azad sözün ürəyinə zərbə endirdiniz. Bu gün demokratik, müstəqil Ukrayna təhlükə altındadır. Yaxın vaxtlarda biz partiyanın fövqəladə qurultayını keçirəcəyik, hansı ki, bizim gələcək addımlarımızı müəyyən edəcək. Yadınızda saxlayın, siz nə partiyamızın, nə də seçicilərimizin ağzını yuma bilməyəcəksiniz. Biz Prezident Zelenskinin impiçment proseduruna başlayacağıq”, - deyə deputat vurğulayıb.