Qırğızıstanda aksiya keçirildi
03.02.2021
Qırğızıstan parlamentinin önündə etiraz aksiyası keçirilib.
DM Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, aksiyada 100-ə yaxın şəxs iştirak edib. Etirazçıların əsas tələbi ölkədəki son baş nazir təyinatı ilə bağlı olub.
Belə ki, yeni prezident Sadır Japarov keçmiş ölkə başçısı Almazbek Atambayevin köməkçisi olmuş Uluqbəy Marifovu baş nazir təyin edib. Aksiyaçılar onun baş nazir vəzifə başına gətirilməsinə etiraz ediblər.