21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Badamdarda sürüşmə davam edir

02.02.2021

 "Badamdardakı sürüşmə ilə bağlı monitorinqlər tərəfimizdən davam etidirilir. Proseslərin dinamikasında zəifləmə qeyd edilsə də tam qərarlaşma mövcud deyil".

DM xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev "Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, son günlər yağışlı hava şəraiti süxurların kaloidləşməsinə şərait yaradıb:

"Eyni zamanda mərkəzi süxur kütləsinin axması zamanı sağ və sol cinahlarında qismən asılı süxur kütlələrinin yaranmasına səbəb olub. Bu da nəmişlik dərəcəsindən asılı olaraq dayanıqlılığı itirmiş sayılar. Proseslərin qərarlaşmasını gözləyirik ki, qısa zamanda orada bərpa işlərinə başlayaq. Həm də yamacboyu su çıxan mənbələr ləğv ediləcək”.