"Lukaşenko legitim prezident deyil" - Tixanovskaya
02.02.2021
"Lukaşenko legitim prezident deyil".
DM xəbər verir ki, Belarus prezidentliyinə namizəd olmuş Svetlana Tixanovskaya ilk dəfə Rusiya mətbuatına geniş müsahibə verib.
"Moskovski Komsomolets" nəşrinə müsahibə verən S.Tixanovskaya Belarusdakı siyasi vəziyyət, NATO ilə münasibətlər, Rusiya və Belarus arasında ittifaq dövləti yaradılması layihələri və digər mövzulara toxunub.
"Lukaşenko legitim prezident deyil. Bu məsələ razılaşmadır. Amma belarus xalqı bu sxemin harasındadır? Bu barədə düşünmək lazımdır", - deyə Tixanovskaya bəyan edib. O həmçinin qeyd edib ki, hazırda onun təhlükəsizliyi və digər texniki-təşkilati problemlərini Litva dövlət səviyyəsində həyata keçirir.