21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gəncədə “Gəncləri Günü” tədbiri

02.02.2021

 Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər Evinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhərdə "Gənclər Günü”nə həsr olunan tədbir gerçəkləşib. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq tədbir Gəncə Gənclər Evinin qarşısında açıq hava şəraitində baş tutub. 

DM xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, başçının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və fəal gənclər iştirak ediblər. 

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb. Vətən müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhər rəsmiləri Gənclər Evinin istedadlı gənclərinin əl işlərindən ibarət olan sərgiyə baxış keciriblər. Sərgidə Vətən müharibəsi şəhidlərinin rəsimləri, habelə "Nizami Gəncəvi İli” ilə bağlı əl işləri nümayiş etdirilib. 

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli liderin əsasını qoyduğu siyasət bu gün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar. O qeyd edib ki, 44 günlük müharibədə də qələbəmizi təmin edən gənc nəsil ən yüksək vətənpərvərlik hisslərinə malikdir. 

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2020-ci ildə gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb. Bildirilib ki, həyata keçirilən bütün tədbirlər xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq reallaşıb. 44 günlük müharibə zamanı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində terror qurbanı olan mülki şəxslərin tanıdılması və təbliğatında gənclərin çox böyük rolu olub. Həmid Nəsirov Azərbaycan gəncliyinə göstərilən böyük qayğı və diqqətə görə Prezident İlham Əliyevə, vitse prezident Mehriban Əliyevaya və şəhər rəhbərinə öz dərin təşəkkürünü bildirib. 

Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub. Qeyd edək ki, təltif olunanlar sırasında Vətən müharibəsi iştirakçıları da yer alıblar. 
Tədbirin sonunda 2021-ci ilin  "Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq dahi şairin "Xəmsə”sini simvolizə edən 5 çinar ağacı əkilib.