21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nömrənizin balansı ilə bu ödənişləri edə bilərsiniz

02.02.2021

 Azərbaycanda artıq nömrənin balansında olan vəsaitlə kommunal və digər ödənişlərin edilməsi mümkündür.

DM xəbər verir ki, bu xidməti vətəndaşlara bir müddətdir, yalnız "Azercell” Telekom təqdim edib. Belə ki, "Azercell” nömrəsindən istifadə edən şəxslər telefonlarında "Azercell” tətbiqi yükləyərək, kommunal, internet, sığorta, ianə, əyləncə və digər ödənişləri nömrənin balansı vasitəsi ilə yerindəcə edə bilirlər. Bunun üçün isə sadəcə tətbiqi yükləyərək, qeydiyyatdan keçmək və "mobil ödəmələr” bölməsinə daxil olmaq lazımdır.

Digər mobil operatorlar, yəni "Bakcell” və "Nar”da isə hazırda belə bir xidmət mövcud deyil.

Qeyd edək ki, bir ay ərzində "Azercell” abunəçiləri ümumi həcmi 500 manatdan artıq olmayan kommunal və digər ödənişləri icra edə bilərlər.