Xəzərdə zəlzələ olub
02.02.2021
Xəzər dənizində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 13:03-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 3,5 olan yeraltı təkan 60 km dərinlikdə olub.