Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
16.07.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trump arasında telefon danışığı olub.
Anadolu agentliyi xəbər verir ki, prezidentlər NATO-nun Brüsseldə keçirilən toplantısında müzakirə olunan məsələlər, o cümlədən Suriya böhranı barədə fikir mübadiləsi aparıblar.
Dövlət başçıları Türkiyə və ABŞ-ın razılaşması əsasında Münbiç bölgəsində həyata keçirdikləri ortaq antiterror əməliyyatının Suriya probleminin həllinə mühüm təsir göstərəcəyini vurğulayıblar. Həmçinin bütün sahələr üzrə ikitərəfli əməkdaşlığın vəziyyəti müzakirə edilib.