Blinken Kiyevə vəd verdi
02.02.2021
ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya aktiv iqtisadi və hərbi yardım ediləcəyi vədini verib.
DM xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays yayıb. Onun sözlərinə görə, Blinken bu vədi Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı verib.
Blinken telefon danışığı zamanı ABŞ-ın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və avroatlantik məkana inteqrasiya istəklərinə diqqət ayırdığını bildirib.