Merkeldən vaksin AÇIQLAMASI
02.02.2021
Almaniya Federativ Respublikasının kansleri Angela Merkel koronavirus pandemiyası ilə bağlı tədbirlərdən və vaksinasiya prosesindən danışıb.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Merkel ölkədə ümumilikdə 73 milyon vətəndaşın koronavirusa qarşı vaksinə ehtiyac duyduğunu bildirib. O qeyd edib ki, Avropa Birliyi 3 şirkətin vaksinini təsdiqləyib.
"Yayın sonunadək hər Almaniya vətəndaşına vaksin təqdim edə biləcəyik. Bu sahədə müəyyən yavaşlamalar var idi, hazırda aradan qaldırılıb", - deyə Almaniya kansleri söyləyib.