Koronavirus testinin ilk yaradıcısı vəfat etdi
02.02.2021
ABŞ-da ilk koronavirus testini yaradan alim Endrü Bruks vəfat edib.
DM xəbər verir ki, 51 yaşlı alimin ölümü barədə çalışdığı Rutgers Universiteti (Nyu Cersi) məlumat yayıb.
Söhbət ağız suyundan istifadə edərək koronavirusun aşkar edilməsi testindən gedir. Bu test 2020-ci ilin mayında ABŞ Qida və Dərman Agentliyi (FDA) tərəfindən təsdiqlənib. Bir ay sonra testin evdə müstəqil olaraq istifadəsinə icazə verilib.
Alimin ailəsi onun infarktdan dünyasını dəyişdiyini bildirib.