ZƏFƏR ZİRVƏSİ yolunda
01.02.2021
Gənclərin növbəti hədəfi "Zəfər Zirvəsi" olacaq.
DM əməkdaşlarının aldığı məlumata görə, Fevral ayının ilk günlərindən Hərbçi və peşəkar alpinistlərin daxil olduğu 16 nəfərlik komandanın iştirakı ilə Şərqi Bazardüzü zirvəsinə baş tutacaq "Zəfər Azərbaycanındır!"adlandırılan ekspedisiyadan sonra Azərbaycanın ən yüksək ikinci zirvəsi "Zəfər Zirvəsi (4301) adlanacaq.
Buna qədər rəsmi olaraq ikinci ən yüksək zirvə "Şahdağ Zirvəsi" (4243) hesab olunurdu. Ekspedisiya və təşəbbüsə müvafiq dövlət qurumlarından icazə verilib.
Qeyd edək ki, Şərqi Bazardüzü zirvəsi Bazardüzü dağının şərq hissəsində Bazardüzü zirvəsindən təxminən 1,5 km aralıda, Azərbaycan - Dağıstan (Rusiya) sərhəddində yerləşir.