"Hamı "Bayraktar"lardan qorxurdu"
01.02.2021
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri, hakim "Mənim addımım" fraksiyasının üzvü Andranik Koçaryan parlamentin müharibə dövründəki fəaliyyətini sərt tənqid edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Koçaryan erməni toplumunun Türkiyə dronlarından qorxduğunu etiraf edib.
"Müharibə vaxtı hamı "Bayraktar"lardan danışırıdı. İnsanlar qorxurdu. Hava məkanımızın qorunmadığından narahat idilər. Parlamentarilərimiz isə müharibə vaxtı "Facebook"dan çıxmırdılar. Ordunun problemlərini sosial şəbəkələrdən "həll edirdilər". Bunu etiraf etməliyik", - deyə A.Koçaryan bəyan edib.