Rusiya Ermənistanla hava sərhədlərini açıb
01.02.2021
Bu gündən Rusiya Ermənistanla hava sərhədlərini açıb.
Ötən ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar Ermənistanla hava sərhədlərini bağlı elan edən Rusiya fevralın 1-dən etibarən bu ölkə ilə hava sərhədlərini açıb. Hər iki istiqamətdə mənfi nəticəli koronavirus testi tələb olunur. Ekspertlərin rəylərinə görə, Rusiyanın Ermənistanla hava sərhədini açması Ermənistan vətəndaşlarının ölkədəki ağır iqtisadi vəziyyət fonunda Rusiyaya kütləvi köçünə gətirib çıxara bilər.
Ermənistanın VETO təşkilatının rəhbəri Narek Malyan "Facebook” sosial şəbəkəsindəki səhifəsində gələn aydan Ermənistandan Rusiyaya görünməmiş emiqrasiya olacağını yazıb. Onun fikrincə, Ermənistan tarixində ən böyük miqrasiya belə başlayacaq. Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan "Vestnik Kavkaza”ya açıqlamasında Ermənistan vətəndaşlarının Rusiyaya miqrasiya etməsinin bir sıra faktorlardan asılı olacağını söyləyib: "Bizdə adətən Rusiyada işləyən kifayət qədər böyük insan kütləsi var. Keçən il onlar üçün yollar bağlanmışdı. Prinsipcə, Ermənistandan böyük sayda getmək istəyənlərin olacağı gözlənilir".